Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Duması "xalq respublikaları" ilə sazişləri ratifikasiya etdi

Rusiya Dövlət Duması çərşənbə axşamı, fevralın 22-də keçirilən iclasda “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” ilə "dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişi ratifikasiya edib.

“İnterfaks” xəbər verir ki, qərar palata tərəfindən yekdilliklə qəbul edilib. Müqavilələr dərhal - dərc edildiyi andan qüvvəyə minməlidir.