Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Departamenti: Rusiyadan danışıqlarla bağlı aydın siqnallar gözləyirik

ABŞ Rusiyadan Ukraynada sülhün bərqərar olması üçün ciddi danışıqlara hazır olduğuna dair aydın siqnallar gözləyir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

“Biz Ukrayna tərəfinin danışıqlara hazır olduğunu görürük. Eyni zamanda, Rusiya rəhbərliyinin Ukraynada sülhə dair epizodik bəyanatlarını əməlləri ilə dəstəkləyəcəyini gözləyirik”, - Dövlət Departamentinin rəmisi vurğulayıb.