Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Departamenti: Kiyevə silah göndərilməsinin dayandırması yardımdan imtina deyil

ABŞ hökumətinin Ukrayna rəhbərliyinə bəzi silahların tədarükünü müvəqqəti dayandırmaq qərarı Vaşinqtonun Ukraynaya hərbi yardımını tamamilə dayandırması anlamına gəlmir.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Biz Ukraynaya silah tədarükünü tamamilə dayandırmamışıq, yalnız müəyyən bir aspekt, konkret bir vəziyyət dəyişib,” – deyə Bryus qeyd edib.

“Qəti şəkildə vurğulayıram: bu, Ukraynaya yardım və silah tədarükünün dayandırılması anlamına gəlmir”, - Dövlət Departamentinin rəsmisi əlavə edib.