Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dörd azərbaycanlı Rusiyanın 88 ən varlı adamlar siyahısında

"Forbes"in rus versiyası Rusiya 2022-ci ilin ən varlı insanlarının siyahısını hazırlayıb.

Jurnalın hazırladığı Rusiyanın 88 ən varlı adamlar siyahısında isə 4 azərbaycan əsilli şəxs yer alıb.

Bunlar Vahid Ələkbərov, Fərhad Əhmədov, Zahar İliyev və Qod Nisanovdur.

Vahid Ələkbərov 10,5 mlrd dollarla 10-cu, Fərhad Əhmədov 1.7 mlrd dollarla 49-cu, Zahar İliyev 1,3 mlrd dollarla 70-ci, Qod Nisanov da 1,3 mlrd dollarla 72-ci yerdə qərarlaşıb.