Logo
news content
User
Kateqoriyalar

Xəbər

Donetskdə yanmış cəsədlər tapıldı: Azərbaycanlı ailəyə aid olduğu ehtimal edilir - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, İzyum şəhərinin bütün qəsəbə və kəndləri işğaldan azad olunub. Lakin Xarkov vilayətinin işğaldan tam azad olunub-olunmaması ilə bağlı məlumat yoxdur.

Qeyd edilib ki, Kiyev vilayətinin Belarusla sərhəd rayon və qəsəbələrində, eləcə də Poltava və Xarkov vilayətində elektrik enerjisində uzunmüddətli fasilələr yaranıb.

“Donetsk vilayətinin Svyatoqorsk rayonunda, işğaldan azad edilmiş qəsəbələrin meşəlik ərazilərində yanmış cəsədlər tapılıb. Onlardan bir neçəsinin bir ay əvvəl itkin düşmüş iki azərbaycanlı ailənin üzvlərinə aid olduğu ehtimal edilir”, - deyə əlavə edilib.