Donald Tramp ABŞ-ın 47-ci Prezidenti kimi and içib - VİDEO
21 Yanvar 2025
Vaşinqtonda ABŞ-nin yeni seçilmiş prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin andiçmə mərasimi keçidilib.
Yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 18:30) başlayan mərasim Kapitoli binasında baş tutub. Əvvəlcə Nebraska və Linkoln universitetlərinin birləşmiş xor kollektivlərinin çıxışları olub. Bundan sonra mərasimin rəsmi hissəsi başlayayıb və əvvəlcə Vens and içib.
Daha sonra Tramp inauqurasiya nitqinə başlayıb və və administrasiyasının növbəti dörd il üçün hədəflərini açıqlayıb.
O, Konstitusiyaya və İncil kitabına əlini qoyaraq ölkəsinə sədaqət andı içib.
Trampın inauqurasiya nitqindən sonra səlahiyyət müddəti başa çatan Cozef Baydenin ənənəyə uyğun olaraq mərasimi helikopterlə tərk edəcəyini gözləyib.
Ardınca inauqurasiya mərasimində iştirak edən qonaqlar Kapitolidən ayrılıblar.
İnauqurasiya mərasimində Tramp və Vens ailələrinin üzvləri, həmçinin vəzifəsini tərk edən Baydenlə həyat yoldaşı, vitse-prezident Kamala Harrislə əri, ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bil Klinton iştirak edirlər. Həmçinin amerikalı milyarderlər Mark Zukerberq, İlon Musk və Ceff Bezos da mərasimi izləyənlər arasında olub.
Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-nin 45-ci və 47-ci prezidentidir.






