Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dollar və avro yoxdur, manatla istəyirsən? - Rusiya banklarından qəribə təklif

Rusiya banklarının dollar və avro ilə əməliyyatlar aparması artıq mümkün olmadığından onlar öz müştərilərinə Azərbaycan manatı da daxil olmaqla bir neçə ölkənin milli valyutasında depozitlər qoymağı təklif edirlər.

Bu haqda RİA Novosti yazır. Bildirilir ki, Rusiya bankları bu ölkəyə qarşı sanksiyalara qoşulmayan ölkələrin milli valyutasında depozitlər yerləşdirmək təklifini müştərilərinə çatdırıb.

Belə ki, “Alfa-bank” müştərilərinə mobil əlavə üzərindən Çin yuanı ilə depozit yerləşdirməyi təklif edib. VTB bank da belə təklif verib, bu bankda Çin valyutası ilə depozit yerləşdirənlər illik 8 faiz gəlir əldə edə bilərlər.



“Tinkoff Bank” isə nəinki yuanla, eləcə də Azərbaycan manatı, Belarus rublu, erməni dramı, Birləşmiş Ərəb Əmirliklərinin dirhəmi, türk lirəsi, Hindistan rupisi, Honkonq dolları ilə də depozit təklif edir.  Lakin rusiyalı əmanətçilərin həmin valyutalarla əmanət yerləşdirməyə nə dərəcədə maraq göstərdiyi haqda məlumat verilmir.

Xatırladaq ki, Rusiya bankları əmanətçilərin dollar və avro hesablarından pulların çıxarılmasını məhdudlaşdırıb, banklar valyuta ilə əmanət hesabları aça bilərlər. Amma əmanətçilər həmin hesablardan pullarını götürmək istəsələr Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə rubl ekvivalentində bunu edə bilərlər.