Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dnepr şəhərinin vurulması nəticəsində 30 nəfər ölüb, 33 nəfərdən xəbər yoxdur

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 30 nəfərə yüksəlib.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqramda bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 73 nəfər yaralanıb. Onlardan 30-u xəstəxanadadır, 12-sinin vəziyyəti ağırdır. V.Rezniçenko 33 sakinin hələ də itkin hesab edildiyini vurğulayıb.

Hərbi administrasiyanın rəhbəri hadisə yerində 550-dən çox xilasedici, polis, həkim, kommunal xidmət işçisi və könüllünün işlədiyini qeyd edib.