Logo
news content
User
Kateqoriyalar

Xəbər

DGK sədrinin müavini işdən çıxarılıb, yeni müavin təyin edilib - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.

Bəhruz Quliyev 2018-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi postunu tutub. O, DGK-nın o zamankı sədri Səfər Mehdiyevin əmri ilə postundan uzaqlaşdırılıb.