Logo
news content
User
Kateqoriyalar

Xəbər

Deyirlərsə, edəcəklər - Rusiya Mərkəzi Bankının vəsaitləri müsadirə oluna bilər

“Rusiyalı oliqarxların aktivləri ilə yanaşı, Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitləri də müsadirə edilərək, Ukrayna üçün istifadə oluna bilər”.

Bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"Rusiyalı oliqarxların aktivlərinin, yaxtalarının, villalarının və bank hesablarının müsadirə edilməsindən danışırıq. Bu prinsipi qəbul etsək, bu, dövlət aktivlərinə də şamil oluna bilər. Çünki Rusiya Mərkəzi Bankına məxsus çox böyük məbləğdə donmuş pul var”, - deyə Blinken vurğulayıb.