Logo
news content
User
Kateqoriyalar

Xəbər

Debatdan sonra: Makron, yoxsa Le Pen

Fransa tədqiqat şirkətlərinin 18-21 apreldə keçirdiyi yeni rəy sorğularına görə, prezident seçkisinin ikinci turunda dövlət başçısı Emmanuel Makron 54 faizdən 56,5 faizədək səslə öndə görünür.

Müxalif namizəd Marin Le Pen 43,5 faizlə 46 faiz arası dəstəyə imkanlı sayılır.

Prezident seçkisinin aprelin 10-da keçirilmiş ilk turunu dəf etmiş rəqiblərin ikinci tur mübarizəsi aprelin 24-nə təyin olunub.

1977-ci il təvəllüdlü Emmanuel Makron 2016-cı ildə yaradılmış “İrəli, respublika!” hərəkatının lideridir. O, 2017-ci il mayın 7-də prezident seçilib, mayın 14-də səlahiyyətlərinin icrasına başlayıb.

Marin Le Pen 1968-ci il avqustun 5-də doğulub. Milli Birlik Partiyasının lideri, parlamentin aşağı palatasının üzvüdür.

Emmanuel Makron Fransanın 8-ci prezidentidir. 1959-1969-cu illərdə dövlət başçısı postunu Şarl de Qoll, 1969-1974-cü illərdə Jorj Pompidu, 1974-1981-ci illərdə Valeri Jiskar d’Esten, 1981-1995-ci illərdə Fransua Mitteran, 1995-2007-ci illərdə Jak Şirak, 2007-2012-ci illərdə Nikola Sarkozi, 2012-2017-ci illərdə Fransua Oland tutub.