Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2022-nin açılış mərasimi keçirilib - FOTOLAR

Qətərdə futbol üzrə XXII dünya çempionatının açılış mərasimi keçirilib.

"El-Bayt" stadionunda təşkil olunan tədbir ölkənin tarixindən bəhs edən video-çarxlar və dialoqlarla başlayıb.

Daha sonra arenada iştirakçı ölkələrin bayraqları nümayiş olunub. Ardınca isə musiqi proqramına start verilib.

Mərasimdə diqqət çəkən məqamlardan biri 2018-ci ildə Rusiyada keçirilmiş mundialın talismanı "Zabivaka" adlı canavar personajının DÇ-2022-də iştirakı olub.

Dünya Kubokunu stadiona Fransa millisinin əfsanəvi müdafiəçisi Marsel Desayi gətirib. Sonra isə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani dünya çempionatını açıq elan edib.