Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2022: Açılış oyununda ev sahibləri uduzub - VİDEO

Bu gün futbol üzrə sayca 22-ci dünya çempionatına start verilib.

Qətərdə keçirilən mundialın açılış oyununda meydan sahibləri Ekvadorla qarşılaşıblar. Görüş Ekvadorun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cənubi amerikalıların heyətində hər iki qola “Fənərbaxça”nın formasını geyinən Enner Valensiya imza atıb. O, 16-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabı açıb. 32-ci dəqiqədə də fərqlənən Valensiya oyunun yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunun digər matçında Niderland yığması Seneqal millisi ilə üz-üzə gələcək. Noyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.