Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Dayanmağı planlaşdırmırıq" - Ukrayna Prezident Ofisi

“Biz dayanmağı planlaşdırmırıq. Ukraynanın bütün ərazilərini işğaldan azad etmək üçün mübarizəmizi davam etdirəcəyik”.

Bunu Ofisin rəhbəri Andrey Yermak Avropa Parlamentinin deputatları ilə görüşündə deyib.

O həmçinin bildirib ki, Ukraynanın kritik infrastuktur obyektləri raket və dronlarla kütləvi atəşə tutulur.

Yermak deyib ki, Ukrayna Avropa İttifaqına üzvlük üçün Avropa Komissiyasının tövsiyələrini bu ilin sonuna kimi həyata keçirməyi qarşısına məqsəd qoyub: “Biz vaxt itirməməyə çalışırıq".

Yermak dəstəyə görə Avropa Parlamentinin deputatlarına təşəkkür edib.