Daşaltıda məzar yerlərində ekshumasiya aparılıb
26 Yanvar 2022
“Aidiyyəti dövlət qurumları tərəfindən ilk ekshumasiya işi işğaldan azad edilmiş Daşaltı kəndində aparılıb. Qeyd edim ki, 1992-ci ilin yanvar ayının 26-da həyata keçirilmiş uğursuz Daşaltı əməliyyatı zamanı itkin düşmüş 44 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında qeydiyyata alınıb”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O qeyd edib ki, ötən ilin fevral ayında Daşaltı kəndində müvafiq axtarış araşdırma işi aparılıb və məhz həmin əməliyyat zamanı həlak olaraq dəfn edilmiş Azərbaycan vətəndaşlarına aid edildiyi bildirilən məzar yeri müəyyən edilərək orada ekshumasiya aparılıb: “Ekshumasiya prosesində Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqları DNT nümunələrinin götürülməsi üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinə təqdim edilib. Meyit qalıqlarından götürülmüş DNT nümunələrindən müvafiq profillər çıxarıldıqdan sonra eyniləşdirmə işinə başlanılacaq”. (APA)