Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir ölkənin ÜDM-i trilyon dolları keçdi

Ümumi Daxili Məhsulu (ÜDM) 1 trilyon dolları keçən ölkələrin sırasına biri də əlavə olunur.

Dünya bazarında neftin bahalaşması ilə əlaqədar gəlirləri artan Səudiyyə Ərəbistanında 2022-ci il üzrə ÜDM-in 1 trilyon dollardan çox olacağı proqnozlaşdırılır.

“Forbes”in yazdığına görə, 2021-ci ildə ÜDM-i cəmi 834 milyard dollar olan Səudiyyə Ərəbistanı bu göstərici üzrə dünyada 19-cu yeri tuturdu.

Lakin bu il neftin kəskin bahalaşması Səudiyyə Ərəbistanının gəlirlərinin artmasına və ÜDM-in 1 trilyon dolları keçməsinə zəmin yaradıb.

Qeyd olunur ki, son bahalaşma dalğasında ölkənin neft gəlirlərində 90 faizlik artım qeydə alınıb, iqtisadiyyat isə 11,8 faiz böyüyüb.