Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir əfsanəni itirdik - Hacı Murad Yagizarov vəfat edib

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.

Bununla bağlı Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, M.Yagizarov uzun sürən xəstəlikdən sonra bu gün Almaniyada vəfat edib.

Xatırladaq ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub.

O, "Arşın mal alan", "Ulduz", "Uzaq sahillərdə", "Ögey ana", "Bir cənub şəhərində" və s. filmlərdə unudulmaz obrazlar yaradıb.