Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir avtomobil şirkəti Rusiyada fəaliyyətini dayandırıb

Yaponiyanın "Mazda Motor" avtomobil şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, "Mazda" həm də Vladivostok şəhərindəki birgə müəssisəsindəki payını satır.

Məlumata əsasən, həmin müəssisədə payın satın alınması ilə bağlı Rusiyanın "Sollers avto" şirkəti ilə razılıq əldə edilib.

Xatırladaq ki, bu il Yaponiyanın "Nissan" və "Toyota" şirkətləri Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlamışdı.