Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dağılan məktəb, 4 nəfərin ölümü - Normal vəziyyətdəki binanı niyə təmir edirlərmiş?

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan MR Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsi uçub.

Uçqunla bağlı xəbərlər fonunda məktəbin yenidənqurmadan öncəki şəkilləri gündəmə gəlib.

Sosial şəbəkə istifadəçiləri məktəbin feysbuk hesabındakı fotolara istinad edərək, onun yaxşı vəziyyətdə olduğunu bildiriblər.

Məktəbin təmirdən öncəki şəkillərini təqdim edirik:



Qeyd edək ki, uçqun nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Dağıntılar arasından daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb. (Qafqazinfo)