Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çubays Putini tərk edərək İstanbula getd - Rusiyada böyük istefa

Anatoli Çubays davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini tərk edib.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən bildirib. TASS-dakı mənbə də məmurun getdiyini təsdiqləyir.

Anatoli Çubaysın hazırda İstanbulda olduğu bildirilir. O, həyat yoldaşı Avdotya Smirnova ilə birlikdə Türkiyəyə gedib. Bunu xanımın rəfiqəsi də təsdiqləyib.

Məlumata görə, Çubaysın istefası Ukraynadakı müharibə ilə bağlı mövqeyi ilə əlaqədardır. “Kommersant” qəzeti Çubaysın bankomatın yanında olduğu bir fotoşəkil yayıb.



Qəzetin məlumatına görə, o, dünən, martın 22-də İstanbulda görüntülənib.

Bundan əvvəl Kremldə və Rusiya Federasiyası hökumətində yüksək vəzifələrdə çalışmış Arkadi Dvorkoviç “Skolkovo” Fondunun sədri vəzifəsini tərk edib. Bu, onun Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid etməsindən sonra baş verib.