Logo
news content
User
Kateqoriyalar

Xəbər

COVID-19 maskaları saatlı bombaya çevrilib - FOTO

2020-ci ildə koronavirus pandemiyasının başlamasından bəri plastikdən hazırlanan birdəfəlik maskalar ekoloji fəlakətə çevrilib.

Çirklənmənin təsirləri barədə “Insider”də xəbər verilib.

Koronavirus pandemiyasına qarşı mübarizə ehtiyacı səbəbindən atılan birdəfəlik maskalara demək olar ki, hər yerdə rast gəlmək olar: insanlar hər ay təqribən 129 milyard COVID-19 maskasından istifadə edirlər - bu dəqiqədə təxminən üç milyondur. Alimlər və ekoloqlar dəfələrlə böyük miqdarda tullantıların mənfi nəticələrindən narahat olduqlarını bildiriblər. Onların sözlərinə görə, bu cür çirklənmə heyvanlar və dəniz həyatı ilə yanaşı, insanların sağlamlığı üçün də təhlükə yaradır.



Uelsin Suonsi Universitetinin kimya mühəndisliyi professoru Sarper Sarp araşdırma zamanı müəyyən edib ki, birdəfəlik maskalar suya düşəndə və orada parçalanmağa başlayanda tərkibindəki plastik həm mikro, həm də nanohissəciklərini, həmçinin ağır metalları - qurğuşun, kadmium, mis və hətta arsenik buraxır.

Sarp araşdırmalarının nəticəsindən heyrətləndiyini vurğulayaraq, bu maddələri insan orqanizmi üçün saatlı toksik bomba adlandırıb.

Sarp xatırladıb ki, plastik, silikon və ya digər materialların nanohissəcikləri o qədər kiçik ölçüdə olur ki, hüceyrə divarlarını məhv edə və DNT-ni zədələyə bilərlər.

Maskalar digər zibillərlə birlikdə artıq su yollarına daxil olub və indi nanohissəciklər içməli suyu çirkləndirərək insan orqanizminə daxil ola bilir.