COP29-la bağlı Azərbaycan 80 minə yaxın qonaq gələcək
22 Avqust 2024
Azərbaycan COP29-da 80 minə yaxın qonağı, o cümlədən Ermənistan nümayəndə heyətini qəbul etməyə hazırlaşır. Artıq 50-dən çox dövlət və hökumət başçısı noyabrda Bakıda keçiriləcək konfransda iştirak edəcəklərini təsdiqləyib. Bu barədə Azərbaycan energetika nazirinin müavini, COP 29-un baş katibi Elnur Soltanov "Anadolu" agentliyinə bildirib.
Onun sözlərinə görə, COP 29-un əsas vəzifələrindən biri inkişaf etməkdə olan ölkələrə yardım göstərməkdir.
“Dünyanın istixana qazı emissiyalarının təxminən 4 faizi Afrika qitəsinin payına düşür. Bununla belə, iqlim dəyişikliyindən ən çox təsirlənən qitə Afrikadır. İstixana qazları emissiyalarını azaltmaq və iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi verilməlidir. Hazırda 100 milyard dollar civarında olan iqlim maliyyələşməsini artırmaq üçün ciddi danışıqlar aparılır. COP29-da bununla bağlı qərar qəbul ediləcəyinə ümid edirik", - o qeyd edib.