Logo
news content
User
Kateqoriyalar

Xəbər

Consonun kreslosu laxlayır - Yeddi nazir istefa verdi

Böyük Britaniya hökumətində iki gündə yeddi nazir və bir nazir müavini istefa verib.

Məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, iyulun 5-də maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.

İyulun 6-da isə xəzinə naziri Con Glen, daxili işlər naziri Viktoriya Atkins, təhsil naziri Nadhim Zahauvi, orta məktəblər üzrə məsul nazir Robin Volker, uşaq və ailə məsələləri üzrə nazir Vill Kuinse, nəqliyyat nazirinin müavini Laura Trott da tutduqları vəzifədən istefa verdiklərini bildiriblər.

Boris Conson isə istefaya getmək niyyətinin olmadığını deyib: “Mənim işim yola davam etməkdir”.

Baş nazir bildirib ki, hökumət fəaliyyətini davam etdirə bilməyəcəi halda istefa verəcək.