Logo
news content
User
Kateqoriyalar

Xəbər

Conson söz verdi: "Putinin döyüş maşınını ac qoyacam"

Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyev yaxınlığında “mülki əhaliyə qarşı əclafcasına hücumlardan sonra” ölkəsinin Moskvaya qarşı sanksiyaları sərtləşdirəcəyini və Ukraynaya hərbi yardımı artıracağını bildirib.

Bu barədə Böyük Britaniya hökumətinin bəyanatında deyilir.

Açıqlamada baş nazir Boris Consonun sözləri sitat gətirilir: "Putinin döyüş maşınının ac qoymaq üçün əlimdən gələni edəcəyəm".

"Biz sanksiyaları və hərbi dəstəyimizi gücləndiririk və ehtiyacı olanlara kömək etmək üçün humanitar dəstək paketimizi də artırırıq" – deyə, bəyanatda qeyd olunur.

Boris Conson bildirib ki, Böyük Britaniya Ukraynada törədilən vəhşiliklərin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə dəstək verənlər arasında ön sırada olub: “Ədalət zəfər çalana qədər sakitləşməyəcəyik”.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Almaniya da Kiyev bölgəsində hərbi cinayətlərə görə Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqini elan ediblər.