Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cokoviç Uimbldon turnirinin qalibi olub - Böyük Dəbilqə turnirlərində 21-ci qələbə

Dünyanın 3 nömrəli raketka ustası serbiyalı Novak Cokoviç Uimbldon finalında avstraliyalı Nik Kiryos məğlub edərək Böyük Dəbilqə turnirlərində 21-ci titulunu qazanıb.

Görüş Böyük Britaniyanın paytaxtı Londonda keçirilib.

Qarşılaşma 4:6, 6:3, 6:4, 7:6 (7:3) hesabı ilə turnirdə birinci nömrə altında çıxış edən N.Cokoviçin xeyrinə başa çatıb.

Qeyd edək ki, N.Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi olub və bu göstəricidə Federeri (20) üstələyərək ikinci yeri tutub. Böyük Dəbilqə titullarının sayına görə lider Nadaldır (22).