Çinin J-10C qırıcıları Özbəkistanda döyüş növbətçiliyinə başlayıb
31 Avqust 2026
Çinin "Chengdu J-10C" çoxməqsədli qırıcıları Özbəkistan Hərbi Hava Qüvvələrinin tərkibində döyüş növbətçiliyinə başlayıb.
Bu barədə Özbəkistan Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
"Müasir qırıcılar ölkəmizin hava məkanının keşiyindədir", - qurumun məlumatında bildirilir.
"Chengdu J-10C" Çinin "Chengdu Aircraft Industry Group" şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil çoxməqsədli qırıcıdır.