Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çindən bəd xəbər: Rekord həddə yoluxma

Çində son sutkada koronavirusa 25 165 yeni yoluxma aşkarlanıb.

Bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, pandemiya dövrünün rekord göstəricisidir. Yoluxma sayı ötən həftə ilə müqayisədə 4 dəfə çoxdur. Onların əksəriyyəti simptomsuz xəstələrdir.

Qeyd edək ki, Şanxay şəhərində ciddi karantin tədbirləri tətbiq edilib və virusun yayılmasının qarşısını almaq üçün ölkənin digər bölgələrindən əlavə tibb işçiləri, o cümlədən hərbi tibb mütəxəssisləri göndərilib.