Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çin Tayvana raket atdı, adada uçuşlar dayandırıldı

Çin Tayvanın şimal-şərq və cənub-qərb sahilləri ətrafındakı sulara bir neçə orta mənzilli “Dongfeng” ballistik raketini atıb. 

Reuters xəbər verir ki, Tayvanın Müdafiə Nazirliyi raketlərin buraxılışına cavab olaraq müdafiə sistemlərini işə saldığını bildirib.

Məlumat daha sonra Çin tərəfindən təsdiqlənib. Çinin dövlət mediası hədəfin dəqiqliklə vurulduğunu bildirib.

Çinin atəş təlimləri səbəbindən Tayvana gələn 26 və Tayvandan qalxan 26 beynəlxalq reys ləğv edilib.

Bu barədə Tayvanın Taoyuan Beynəlxalq Hava Limanı məlumat yayıb.

Cənubi Koreya mediasının məlumatına görə, “Korean Air” və “Asiana Airlines” da Tayvana olan uçuşları ləğv edəcək və hadisələrin gedişatını izləyəcək.