Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çin ABŞ-ı, Bəşər Əsəd Türkiyəni təhdid etdi: “Kimsə cəsarət etsə...”

Çin müdafiə naziri Vey Fenqe ilə amerikalı həmkarı Lloyd Ostin arasında baş tutan görüşdə Tayvan məsələsi də müzakirə edilib.

Məsələ ilə bağlı Çin Müdafiə Nazirliyi bəyanat yayıb.

“Kimsə Tayvanı Çindən ayırmağa cəsarət etsə, Çin ordusu nəyin bahasına olursa olsun müharibəyə başlamaqdan çəkinməyəcək. Tayvanın müstəqilliyi üçün atılan addımlara qarşıyıq. Vətənimizin birliyini qətiyyətlə müdafiə edəcəyik”, - nazirliyin bəyanatında bildirilib.

Eyni zamanda, Pentaqon da nazirlərin görüşü ilə bağlı ilkin açıqlama yayıb.

“Tayvan boğazında sülh və sabitliyin vacibliyini və status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə qarşı olduğumuzu bir daha təsdiq edirik. Çini Tayvana qarşı sabitliyi pozan hərəkətləri davam etdirməkdən çəkinməyə çağırırıq”, - məlumatda qeyd edilib.

Bu arada Suriya Prezidenti Bəşər Əsəd RT telekanalına açıqlamasında deyib ki, əgər Türkiyə Suriyanın şimalında əməliyyata başlasa, biz də qarşılıq verəcəyik:

“Əgər belə bir addım atılsa, ilk növbədə xalq müqaviməti olacaq. Təbii ki, Suriya ordusunun yerləşdiyi mövqelərdə təhlükə yaranarsa, birbaşa cavab verəcəyik”.

Suriya lideri iddia edib ki, daha əvvəl də Türkiyə ordusu ilə Suriya ordusu üz-üzə gəlib:

“Həmin dövrlərdə ordumuz türklərə cavab verə bildi. Hərbi imkanlar imkan verərsə, vəziyyət yenə də eyni olacaq”.(axar.az)