Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ceyhun Bayramov Zəngəzur dəhlizinin Çin və Avropa marşrutundakı rolunu açıqladı

Kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağı Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcək.

Bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik nazirlər iclasında deyib.

Nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra regionda yeni reallıqlar yaranıb.