Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 17-də Türkiyəyə səfər edəcək.

Bu barədə Türkyənin Xarici İşlər Nazirliyi tviter hesabında xəbər verib.

Məlumata görə, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri İstanbulda keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin şurasının toplantısına qatılacaq.

Toplantıda TDT-nin gündəmində olan məsələlərlə yanaşı, 11 noyabrda Səmərqənddə keçirilməsi nəzərdə tutulan Zirvə görüşü ilə bağlı hazırlıqlar müzakirə ediləcək.

Toplantıda TDT üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi ölkələr - Macarıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak edəcəklər.