Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.

Ceyhun Bayramov bununla bağlı tvitter hesabında yazıb.

“İstanbul şəhərində İstiqlal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.