Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib.

O, jurnalistlərə açıqlamasında Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib.

Nazir deyib ki, üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var: “Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”.

Ceyhun Bayramov deyib ki, Ermənistan 2021-ci il istehsalı olan və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb.

Onun sözlərinə görə, Ermənistan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmir: "Yenə də Azərbaycan ərazisində minalar aşkarlanıb. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi qəbuledilməzdir. 2021-ci il istehsalı olan minaların daşınması Laçın dəhlizi vasitəsilə həyata keçirilib”.