Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çernobıl AES-in nəzarəti Ukraynaya qayıtdı

Rusiya Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ukraynalı personala qaytarıb.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi təsdiq edib.

Bundan əvvəl Qrossinin Ukraynaya gəldiyi barədə xəbər verilib. Baş direktorun təşkilatın planlaşdırdığı texniki yardımla bağlı yüksək vəzifəli dövlət rəsmiləri ilə danışıqlara cəlb ediləcəyi gözlənilir.

Müzakirə ediləcək mövzulara həyati əhəmiyyətli təhlükəsizlik ləvazimatlarının çatdırılması daxildir. Həmçinin, MAQATE Ukraynanın nüvə obyektlərinə yardım üçün xüsusi planlar hazırlayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya qoşunları Çernoblı tərk ediblər. Bu zaman onlar, AES-i mühafizə edən və əsir düşən Ukrayna Milli Qvardiyasının döyüşçülərini də özləri ilə aparıblar.