Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cərimədən yayınmağın hiyləgər üsulu - VİDEO

Bakıda avtomobili qadağan olunmuş yerdə park edən sürücülər cərimədən yayınmaq üçün kütləvi şəkildə qəribə üsula əl atıblar.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu cür hallarla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Baş Dövlət Yol Polisinə məlumat verilir:

“Həmin vaxt əməkdaşlar əraziyə yaxınlaşır və sürücülərin qadağan olunmuş yerlərdə cərimədən yayınmaq üçün nömrə gizlədilməsi ilə bağlı cərimə tətbiq edilir.

Həmin şəxslər bunu edirlər ki, 18-20 manatdan yayınsınlar. Amma onlar daha ağır cəriməyə bərabər tutulan qayda pozuntusu edirlər”. (oxu.az)