Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkə ərazisində hərbi vəziyyət elan edib.

"Associated Press“ xəbər verir ki, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.

Cənubi Koreya Prezidenti azad ölkəni yenidən quracağını, hərbi vəziyyət vasitəsilə Şimali Koreya tərəfdarlarına qarşı mübarizə aparacağını bildirib.

O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.

Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.