Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başa çatıb
18 Fevral 2026
Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş keçirilib.
“Reuters“ məlumat yayıb ki, danışıqlar dörd saatdan çox davam edib.
Qeyd edilir ki, tərəflər danışıqları fevralın 18-də davam etdirmək barədə razılıq əldə ediblər.
Maraqlıdır ki, danışıqlara İtaliya, Fransa, Almaniya və Böyük Britaniya da qoşulub. Adları çəkilən ölkələr Ukrayna, Rusiya və ABŞ arasında Cenevrədə keçirilən danışıqların üçüncü raunduna öz nümayəndələrini göndəriblər.
Məlumatda həmçinin Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşün gözlənildiyi bildirilir.