Çempionlar Liqasının final oyunu Rusiyadan alınır
24 Fevral 2022
UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindəki "Qazprom Arena"da keçirilməyəcək.
"Associated Press" xəbər verir ki, Avropa futbol qurumu Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın qarşılaşmaya ev sahibliyi etmək hüququnu əlindən alıb.
Qərar fevralın 25-də UEFA İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.
Qeyd edək ki, cari mövsüm final oyunu mayın 28-də gerçəkləşəcək.