Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.

Ölkə çempionu oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya", 20-də isə Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.

Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "bayquşlar" 25-də Bakıda "Barselona" ilə qarşılaşacaq.

"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək.

Nəhayət, paytaxt təmsilçisi 2027-ci il yanvarın 20-də "Napoli"ni qəbul edəcək, 27-də isə İngiltərədə "Arsenal"la üz-üzə gələcək.