Çempionlar Liqası: "Qarabağ"dan 7:2 hesablı qələbə
14 Avqust 2024
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçigvəsində Bolqarstanın “Ludoqorets” və Azərbaycanın “Qarabağ” komandaları arasında cavab oyunu keçirilib.
Pressklub.az xəbər verir ki, “köhlən atlar” 7:2 hesabı ilə qələbə qazanıblar.
Matçın əsas vaxtı 3:2 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb. Ümumi hesab 4:4 olduğundan, klomandalar əlavə vaxta gediblər. ƏIlavə olunmuş vaxtda “Qarabağ” rəqib qapısından 4 cavabsız qol keçirərək, UEFA Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək. Pley-off-da mübarizəni dayandıran tərəf birbaşa Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanacaq.