Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: PSJ-"Bavariya" matçında 9 qol

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Raundun ilk matçında PSJ Fransada Almaniyanın "Bavariya" komandasını qəbul edib.

İsveçrəli baş hakim Sandro Şererin idarə etdiyi qarşılaşma "Park de Prens" stadionunda baş tutub. Oyunda ilk qolu almanlar vursa da, qarşılaşma fransızların qələbəsi ilə yekunlaşıb - 5:4.

Paris klubunun heyətində Xviça Kvaratsxeliya (dubl), Xuan Neves, Usman Dembele (dubl), Almaniya klubunda isə Harri Keyn, Maykl Olise, Dayo Upamekano və Luis Fernando Dias fərqləniblər.

Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. "Atletiko" İspaniyada İngiltərənin "Arsenal" kollektivi ilə üz-üzə gələcək.