Cəmil Həsənli DTX-də ifadə verib
01 Dekabr 2025
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib.
Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, C. Həsənli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib.