Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cəbrayılda sərhədçilər qəzaya düşdü - Ölən və yaralananlar var

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları qəzaya düşüb, sərhədçi ölüb.

DSX-nin Mətbuat Xidmətindən bildirilib ki, hadisə bu gün rayonun Şükürbəyli kəndində qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb.

Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.

Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.