Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çe Gevaranı güllələyən hərbçi ölüb

Məşhur inqilabçı, Kuba inqilabının liderlərindən biri Çe Gevaranı güllələyən miçman Mario Teran Salasar ölüb.

Məlumatı yerli “teleSUR” telekanalı yayıb.

Qeyd olunub ki, o, 80 yaşında vəfat edib.

Mario Teran Salasarın ələ keçirilməsi əməliyyatına rəhbərlik etmiş istefada olan general Qeri Prado da onun ölüm faktını təsdiqləyib.

Bildirilib ki, Mario Teran Salasar bir müddət əvvəl ağciyərindəki xəstəliklə bağlı hospitala yerləşdirilibmiş.

Qeyd edək ki, Boliviya ordusunun istefada olan miçmanı Mario Teran Salasar 1941-ci il aprelin 9-da anadan olub. O, 1967-ci il oktyabrın 9-da çavuş olarkən Çe Gevaranı gülləyərək öldürüb.

1928-ci il iyunun 14-də Argentinanın Rosario şəhərində doğulmuş Çe Gevara Kuba inqilabının liderlərindən biri, Fidel Kastronun yaxın silahdaşı olub.

1967-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini əməkdaşları ilə Boliviya hərbçilərinin birgə əməliyyatı nəticəsində Çe Gevara tutularaq Boliviyada güllələnib. O, Boliviyada bir qrup partizanla ölkədə inqilab hərəkatı təşkil etmək istəyirmiş.

Çenin basdırıldığı yer uzun illər gizli saxlanılıb. Antropoloqlar 1997-ci ildə Boliviyanın Valeqran yaşayış məntəqəsində onun və döyüş yoldaşlarının meyitlərinin qalıqlarını aşkar ediblər. Onun meyitinin qalıqları Boliviyadan Kubaya aparılaraq Santa-Klarada dəfn edilib. (Report)