Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çay içməsən də olar, əsas "çaypulu"dur - Bizə necə fırıldaq gəlirlər

Son zamanlar ölkəmizdə fəaliyyət göstərən kafe və restoranlarda "xidmət haqqı" adı altında əlavə ödəniş tələb olunur. Belə ki, yekun hesabın üzərinə ümumi məbləğin 5-10 faizi də əlavə edilir.

Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, istehlakçılardan servis xidmətinə görə ödəniş tələb edilməsinin qanuni bir əsası yoxdur.

Ekspert deyib ki, bir çox kafe-restoranlar əvvəlcədən bu barədə müştəriyə heç bir məlumat vermir. Bu pullar vergidən yayındırılır: "Dünyanın bütün ölkələrində istehlakçılara yaxşı xidmət göstərildiyində istehlakçılar özləri əlavə ödəniş edirlər. Müştəri istəsə, xidmətdən razı olduğundan özü ofisianta əlavə ödəniş edə bilər.

Bir məsələni də qeyd edim ki, "xidmət haqqı" tələb etmək qanunla qadağan deyil. Bununla yanaşı, istehlakçı xidmətə görə ödəniş etmirsə, buna görə də heç bir inzibati məsuliyyət daşımır", - deyə ekspert bildirib. (Trend)