Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

Fəxrəddin Hacıbəyli Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin olunub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev muzeyinin bərpa işlərindən sonra açılışı olub.