Logo
news content
User
Kateqoriyalar

Xəbər

Budanov: Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməyə hazırlaşmasının əlamətləri yoxdur

Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsi ehtimalı ilə bağlı narahatlıqların heç bir əsası yoxdur.

Bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirill Budanov "The Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya istənilən anda və istənilən məsafədə nüvə zərbəsi endirmək imkanına malikdir.

Budanov qeyd edib ki, Rusiyanın nüvə potensialı Kremlə belə bir vəzifəni yerinə yetirməyə imkan verir.

"Lakin bu, ilk növbədə, siyasi iradə məsələsidir. Mən nüvə zərbəsinə hazırlığın heç bir əlamətini görməmişəm. Əgər olsaydı, bilərdim", - deyə Prezident Ofisinin rəhbəri qeyd edib.