Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu il onları itirdik... - FOTOLAR

Artıq iki gün sonra yeni ilə qədəm qoyuruq. Geridə qalan il həm xoş, həm də kədərli günlərlə yadda qaldı.

2022-ci ildə Azərbaycanın mədəniyyət və siyasət sahəsində yaşanan itkiləri təqdim edirik. (“Qafqazinfo”)

Belə ki, yanvarın 8-də Əməkdar artist, aktyor Novruz Qartal vəfat edib.



23 fevral - Xalq artisti, qoboy ifaçısı Kamil Cəlilov dünyasını dəyişib.



24 fevral - Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev vəfat edib.



25 fevral - Xalq artisti, xanəndə Əlibaba Məmmədov dünyasını dəyişib.



Martın 10-dan 11-nə keçən gecə - Xalq yazıçısı Rüstəm İbrahimbəyov Rusiyada vəfat edib.



12 mart – “Lalə” qızlar ansamblının ilk solistlərindən biri, müğənni Elmira Əliyeva dünyasını dəyişib.



27 mart – Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov dünyasını dəyişib.



1 aprel - Xalq artisti, rejissor Zülfüqar Abbasov vəfat edib.



19 may - Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.



17 iyul -  Xalq artisti, bəstəkar Sevda İbrahimova vəfat edib.



3 avqust – tanınmış jurnalist Araz Zeynalov vəfat edib.



9 avqust - Əməkdar rəssam Arif Məhərrəmov vəfat edib.



16 avqust - müğənni, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-də vəfat edib.



3 sentyabr - Əməkdar rəssam Asif Azərelli dünyasını dəyişib.



3 sentyabr - Əməkdar incəsənət xadimi, AYB üzvü Səyavuş Məmmədzadə dünyasını dəyişib.



5 sentyabr - Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyev ABŞ-də vəfat edib.



20 sentyabr - Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut dünyasını dəyişib.



22 sentyabr – aktrisa Fərqanə Quliyeva dünyasını dəyişib.



28 sentyabr - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sabir Yusifoğlu dünyasını dəyişib. 



30 sentyabr - bəstəkar-müğənni Rəhim Rəhimli vəfat edib.



16 sentyabr -  Xalq artisti, truba ifaçısı Vaqif Abutalıbov vəfat edib.



6 oktyabr - Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə vəfat edib.



9 oktyabr - Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.



23 oktyabr - Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.



4 noyabr - keçmiş vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib.



15 dekabr - Əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Rəcəbov vəfat edib.



16 dekabr - aktyor Sadiq Əhmədov vəfat edib.



22 dekabr – “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev vəfat edib.



23 dekabr - Əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanov dünyasını dəyişib.