Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu il hansı beynəlxalq yarışlar keçiriləcək?

Bakıda 12-13 fevral tarixlərində batut gimnastikası üzrə Dünya Kuboku yarışı keçirildi. Bu, Azərbaycanda cari ildə start verən ilk beynəlxalq yarış oldu. Ölkəmiz bu il ərzində beynəlxalq yarışlara ev sahibliyi etməyə davam edəcək.

2022-ci ildə Bakıda keçiriləcək digər yarışların da siyahısını hazırlayıb. Daha 4 Dünya Kuboku, həmçinin 3 dünya çempionatına Azərbaycan ev sahibliyi edəcək.

3-6 mart. XII akrobatika gimnastikası üzrə dünya yaş qrup yarışları

10-13 mart. XXVIII akrobatika gimnastikası üzrə dünya çempionatı

31 mart – 3 aprel. İdman gimnastikası üzrə Dünya Kuboku

22-24 aprel. Bədii gimnastika üzrə Dünya Kuboku

27 may – 9 iyun. Güllə və stend atıcılığı üzrə Dünya Kuboku

10-12 iyun. “Formula-1” üzrə Azərbaycan Qran-prisi

1-10 oktyabr. Parapauerliftinq üzrə dünya çempionatı

4-6 noyabr. Cüdo üzrə “Böyük Dəbilqə” yarışı

5-6 noyabr. Yunan-Roma güləşi üzrə Dünya Kuboku

7-9 noyabr. Paracüdo üzrə dünya çempionatı (Oxu.az)