Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib.

Bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın oktyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 550 min barel olub.

Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 550 min barel olacağı gözlənilir. Sentyabrda həmin rüblər üçün verilən proqnoz 540 min barel təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü rübdə neft hasilatı sutkada 580 min barel, dördüncü rübdə 590 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.